Bitkoinin qiyməti bahalaşıb

11:05 - 15 İyul 2024 - İQTİSADİYYAT

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdindən sonra onun seçkilərdə qalib gəlmə şansının artması ilə bağlı fərziyyələr kriptovalyuta bazarlarında aktivliyə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, Bitkoin səhər saatlarında 60 min dolları keçərək ən yüksək həddi 60 min 300 dollara çatıb. 

Qeyd edək ki, Tramp özünü kriptovalyutaları dəstəkləyən prezidentliyə namizəd kimi təqdim edir. Bu, sui-qəsd cəhdindən sonra kriptovalyutalara marağı artırmış ola bilər.

Xəbər xətti