İyulun 12-də Nepalda iki sərnişin avtobusunun çaya düşməsi nəticəsində azı 55 nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Xilasetmə əməliyyatı dörd gündür davam edir. Bildirilir ki, sağ qalanları tapılmaq şansı yoxdur.
Məlumata görə, əməliyyata bütün mövcud resurslar, o cümlədən akvalanqlar cəlb olunub. İndiyədək 11 nəfərin cəsədi tapılıb.