Daha 1200 rus hərbiçi həlak olub

08:46 - 15 İyul 2024 - DÜNYA

İyulun 14-də Rusiya ordusunun ümumi döyüş itkiləri 560290 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, ötən gün ərzində daha 1200 rusiyalı hərbçi məhv edilib.

Rusiya ordusunun 8 tank, 15 zirehli texnika, 62 artilleriya sistemi, 41 PUA, 2 qanadlı raket, 85 avtomobil, 2 HHM sistemi, 3 xüsusi texnikası Ukraynada məhv edilib.

Xəbər xətti