Argentina Amerika Kubokunun final matçında Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər evrir ki, matç Florida ştatının Mayami Qardens şəhərində baş tutub.
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi ikinci hissənin 66-cı dəqiqəsində aldığı zədə səbəbindən əvəzlənib. Qolu 112-ci dəqiqədə Lautaro Martines vurub.
Bununla da Argentina millisi 16-cı dəfə Amerika Kubokunun qalibi olub və bu göstəricidə Uruqvay yığmasını (15) üstələyərək, turnirdəki qələbələrin sayına görə rekordçu olub.