Ukraynanın NATO-ya üzvlüyünü təmin etməyin yeganə yolu ... - Stoltenberq

08:19 - 15 İyul 2024 - DÜNYA

Ukrayna hissə-hissə - əvvəlcə hakimiyyətin nəzarətində olan ərazilər, sonra isə işğaldan azad edilmiş ərazilər - NATO-ya qəbul olunacaq?

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb.

“Biz müxtəlif modellər gördük və mən Ukraynaya hansı həll variantının tətbiq oluna biləcəyi barədə danışarkən diqqətli olacağam. Hesab edirəm ki, bu sammitin ən mühüm nəticəsi Ukraynanın NATO-ya üzv olacağı və onun üzvlük yolunun dönməz olduğu bütün müttəfiq ölkələrin çox güclü siyasi mesaj olacaq” - Baş katib qeyd edib.

Stoltenberqin fikrincə, Ukraynanın NATO-ya üzvlüyünü təmin etməyin yeganə yolu Putinin qalib gəlməsinin qarşısını almaqdır.

Xəbər xətti