İsrail ordusu Qəzzanın mərkəzində reyd keçirib

07:56 - 15 İyul 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində reyd keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Fələstin mətbuatına istinadən məlumat yayıb.

Bazar ertəsi gecə İsrail Müdafiə Qüvvələri Əl-Mağazi qaçqın düşərgəsində əməliyyat keçirib. Fələstin mənbələrinin məlumatına görə, 4 fələstinli ölüb, çoxlu sayda yaralı var.

Güclü artilleriya atəşi Nuseyrat düşərgəsinə, Qəzza şəhərinin qərb məhəllələrinə və Əl-Buric düşərgəsinin şərq məhəllələrinə yönəldilib.

Xəbər xətti