Çin və Rusiya birgə təlimlərə başlayıb

07:45 - 15 İyul 2024 - DÜNYA

Çin və Rusiya Cənubi Çin dənizində "Dəniz Əməkdaşlığı 2024" təlimlərinə başlayıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmiləri artıq Zhanjiang limanını tərk edərək dənizə çıxıb.

Onlar kəşfiyyat aparmalı, düşmən gəmilərini və sualtı qayıqlarını axtarmalıdırlar. Aşkar edilmiş hədəflərə zenit, raket və artilleriya atışları həyata keçiriləcək. Bundan əlavə, ekipajlar raket buraxılış qurğularından döyüş hazırlığı zərbələri tətbiq edəcəklər.

Xəbər xətti