Mayamidə Argentina və Kolumbiya komandaları arasında keçirilən Amerika Kubokunun final matçı iğtişaşlar səbəbindən bir saatdan çox gecikib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Nəşr qeyd edir ki, bileti olmayan minlərlə azarkeş zorla stadiona daxil olmağa çalışıb.
Nəşr vurğulayır ki, mühafizə xidməti giriş prosesinə daha yavaş nəzarət etmək və hər kəsin təhlükəsizliyinə cavab vermək üçün qapını bağlayıb.
Görüş saat 4:00-da başlaması nəzərdə tutulsa da, start fiti yarım saat təxirə salınıb. Qarşılaşma saat 5:20 radələrində başlayıb.