Perunun keçmiş prezidenti Alberto Fuximori növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori məlumat verib.
"Atamla mən danışdıq və birlikdə qərar verdik ki, o, prezidentliyə namizəd olmalıdır" - deyə o, X səhifəsində yazıb.
Özü də üç dəfə Peru prezidentliyinə namizəd olmuş 85 yaşlı siyasətçinin qızı müsahibənin bir fraqmentini yayımlayıb və orada “atasına prezidentlik formuluna rəhbərlik etməyə” hazır olmasından danışıb.
Növbəti prezident seçkiləri 2026-cı ildə Peruda keçiriləcək. 2009-cu ilin aprelində ölkəyə 1990-2000-ci illərdə rəhbərlik etmiş Fuximori insan haqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Xüsusilə, məhkəmə siyasətçinin 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada doqquz tələbə və bir universitet müəlliminin oğurlanaraq öldürülməsində iştirakını sübuta yetirib. Bundan başqa, eks-prezident korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir neçə iş üzrə mühakimə olunub.
2017-ci ildə Peru prezidenti Pedro Pablo Kuçinski yalnız 2023-cü ilin dekabrında azadlığa çıxan Fuximorini əfv edib.