İyulun 15-dən 24-dək keçiriləcək Amerika-Ermənistan Qartal Tərəfdaş təlimi Ermənistan-Rusiya təhlükəsizlik əməkdaşlığının mexanizmlərini sarsıdır.
Ucnoqta.az xəbər evrir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarovanın fikrincə, Qərb öz himayəsi altında manevrlərə və təlim proqramlarına cəlb olunmaqla, respublikaya silahlı qüvvələrə dair NATO standartlarını tətbiq edir və bu, qərblilərin Ermənistanın daxili və xarici siyasətində əlavə təsir rıçaqları əldə etməsinə gətirib çıxarır.
“İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə formalaşmış qarşılıqlı fəaliyyət mexanizmlərinin işləməsi perspektivlərini sarsıdır”, - diplomat vurğulayıb.