Rusiyada təyyarə qəzaya uğrayıb - ölənlər var

17:04 - 12 İyul 2024 - DÜNYA

Moskva vilayətinin Kolomenski rayonunda qəzaya uğrayan “Superjet 100” təyyarəsinin ekipajı ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

İlkin məlumata görə, üç pilot həlak olub. Təyyarədə sərnişinlərin olmadığı bildirilir.

Bu SSJ 100 "Qazprom"a məxsusdur. Bu gün təyyarə təmir işlərindən sonra sınaq uçuşu üçün Moskva yaxınlığındakı Jukovskidən, S"ukhoi Civil Aircraft" şirkətinin bazasından havaya qalxıb. Kolomna yaxınlığında qəzaya uğrayıb.

Qəzaya uğrayan "Sukhoi Superjet 100" ilk uçuşunu 2014-cü il dekabrın 16-da edib.

2015-ci il dekabrın 14-dən isə “Qazprom-Avia” aviaşirkəti ilə birgə fəaliyyət göstərir. Təyyarənin sərnişinlərlə sonuncu reysi mayın 3-də olub. Vnukovo hava limanından başlayıb. Daha sonra təyyarə planlı təmir üçün zavoda göndərilib.

Xəbər xətti