Mbappe klub alır

16:38 - 12 İyul 2024 - İDMAN

Fransa millisinin lideri Kilian Mbappenin ailəsi ikinci divizionda çıxış edən “Kaen” klubunu satın almaq prosesindədir

Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport-un jurnalisti Daniel Riolo bildirib.

“Kaen” ötən mövsüm turnir cədvəlində altıncı yeri tutdu və Liqa 1-də yer almaq üçün pley-offa vəsiqə qazanmağa bir xal az qaldı.

“Kaen”in ortaq sahiblərindən biri daha əvvəl klubun alıcı axtardığını etiraf etmişdi. İnvestor Mbappenin anası Fayza Lamarinin rəhbərlik etdiyi KM7 ola bilər.

2012-ci ildə Mbappe (o zaman oyunçunun 13 yaşı var idi) “Kaen”ə keçməyə yaxın idi, lakin klubun ikinci liqaya düşməsi səbəbindən demək olar ki, başa çatan müqavilə uğursuz oldu.

Mbappe ailəsi kluba gəlsə, investorlardan biri də fransız reper Orelsan (Aurélien Cotentin) ola bilər.

Xəbər xətti