BMT qlobal əhali artımı ilə bağlı proqnozlarına yenidən baxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın hesabatında deyilir. Analitiklərin hesablamalarına görə, 21-ci əsrdə əhali sayının pik həddə çatma ehtimalı 30%-dən 80%-ə yüksəlib.
Yenilənmiş proqnoz zirvəni 2080-ci illərin ortalarına qoyur. Həmin vaxta qədər planetdəki insanların sayının indiki 8,2 milyarddan 10,3 milyard nəfərə yüksələcəyi gözlənilir. Bundan sonra artım dayanacaq, hətta əhalinin sayı bir qədər azalacaq.
Eyni zamanda, bəzi ölkələrdə artımın pik həddi artıq keçib. Onların arasında Rusiya, Almaniya, Çin və Yaponiya var.