Elektron Təhlükəsizlik Xidməti vətəndaşları fişinq hallarına qarşı diqqətli olmağa çağırır.
ETX-dən Ucnoqta.az-a verilən məlumata görə, fişinq halları günü-gündən artmaqdadır. Belə ki, kiberdələduzlar vətəndaşın bank kartı və digər məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar:
"Fişinq cəhdlərindən qorunmaq üçün şübhəli mənbələrdən göndərilən mesajların tərkibindəki linklərə daxil olmayın. Bank kartı və digər məlumatlarınıza həssas yanaşın və tanımadığınız şəxslərə ötürməyin. Məlumatların doğruluğunu birbaşa rəsmi mənbələrdən dəqiqləşdirin" - ETX-dən qeyd olunub.
Emin