ABŞ-da helikopter qəzaya uğrayıb - ölən var

10:14 - 12 İyul 2024 - DÜNYA

Havayda helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kauai qraflığının polisi məlumat yayıb.

Məlumata görə, "Robinson R44" yerli vaxtla cümə axşamı təxminən 13:20-də Kauai adasının sahillərində suya düşüb. Ekskursiya uçuşunu həyata keçirən helikopter yerli “Ali’i Air Tours and Charters” şirkətinə məxsus olub.

İlkin məlumata görə, helikopterdə pilot da daxil olmaqla üç nəfər olub. 

Hadisə nəticəsində itkin düşən 2 nəfərin axtarışlarını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları davam etdirir.///tass

Xəbər xətti