Neftin qiyməti bahalaşıb

10:04 - 12 İyul 2024 - İQTİSADİYYAT

Dünyada neftin qiyməti cüzi bahalaşıb

Ucnoqta.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,18% artaraq 1 barelə görə 85,55 ABŞ dolları təşkil edib.

Həmçinin, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,33% artaraq 1 barelə görə 82,89 ABŞ dolları təşkil edib.

Xəbər xətti