Nepalda torpaq sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb

08:25 - 12 İyul 2024 - DÜNYA

Nepalda torpaq sürüşməsinin iki sərnişin avtobusunun çaya sürüşməsi nəticəsində azı 65 nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Katmanduya gedən avtobusda 24 nəfər, digər Katmandu-Gaur avtobusunda isə 41 nəfər olub. Qəza zamanı 3 sərnişin avtomobildən çıxa bilib.

Qəza cümə günü səhər saatlarında baş verib. Fövqəladə hadisə yerində xilasedicilər işləyir, lakin güclü yağış onların işinə mane olur.

Bundan başqa, faciə yerinə gedən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.

Xəbər xətti