Son sutkada daha 1030 rusiyalı hərbiçi həlak olub

08:17 - 12 İyul 2024 - DÜNYA

Rusiya ordusu Ukrayna ilə müharibədə daha 1030 hərbçisini itirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, bununla da Rusiya ordusunun canlı qüvvə itkisi təxminən 556650 hərbçiyə çatır. 

Bundan əlavə son sutkada Rusiya ordusuna məxsus 9 tank, 23 zirehli texnika, 48 artilleriya sistemi, 2 hava hücumundan müdafiə sistemi, 26 PUA, 5 qanadlı raket, 84 avtomobil, 8 xüsusi texnika da məhv edilib.

Xəbər xətti