Kanada nümayəndələrinin Ermənistandakı Aİ missiyasında de-fakto görünməsi NATO-nun Cənubi Qafqaza sürünən nüfuzu deməkdir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, Moskva Ermənistanın razılığı ilə Aİ missiyasının daimi ola biləcəyindən də narahatdır. Qaluzin qeyd edib ki, qərblilərin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiyanın, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlərin hədəfləri ilə bağlı kəşfiyyat məlumatları topladığını deməyə əsas var.