Azərbaycana palma yağının idxalı iki dəfə artıb: Ərzağa qatırlar ...

14:50 - 11 İyul 2024 - Cəmiyyət

Məlum olduğu kimi, bu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq isə iki dəfə çoxdur. 

Mütəxəssislər hesab edir ki, palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağı insan orqanizmi üçün zərərlı deyil. Anna palma toxumlarından alınan yağ olduqca zərərlidir. 

İqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a bildirib ki, açıqlanan rəqəmlərdə ölkəyə gətirilən sözügedən yağların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir: 

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər. Əslində isə onu ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır”. 

Xəbər xətti