İsrail ordusu Livanın cənubuna zərbələr endirib

10:12 - 11 İyul 2024 - DÜNYA

İsrail əsgərləri Livanın cənubuna yeni əməliyyatlar həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gecə saatlarında İsraillə sərhəddə yerləşən Ştula kəndi istiqamətində atılan atəşə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Ayt əş-Şaab kəndi yaxınlığında zərbə endirib. Onun hədəfi İsrail ərazisinə atəş açmaq üçün istifadə edilən buraxılış qurğusunu daşıyan yük maşını olub.

Bundan əlavə, Livanın cənubundakı Rab-Taliatin və El-Edeisa yaşayış məntəqələri ərazisində müxtəlif hərbi obyektlər hava hücumlarına məruz qalıb. Eyni zamanda, Ramiyə kəndi yaxınlığındakı "Hizbullah"silahlı birləşmələrinin müşahidə məntəqəsi və Əl-Xiyam bölgəsindəki hərbi infrastruktura hücum edilib.

Xəbər xətti