Kanada hakimiyyəti Kiyevə 500 milyon Kanada dolları (367 milyon dollar) məbləğində hərbi yardım paketi vermək niyyətindədir.
Ucnoqta.az TASS-a istinadən xəbər evrir ki, bu barədə Milli Post məlumat yayıb. Məlumata görə, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq.
Hərbi yardımın təfərrüatları açıqlanmayıb. Nəşr onu da qeyd edir ki, Trüdon Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüş keçirməlidir.