Kataloniya "Barselona"sının rəhbərliyi 16 yaşlı hücumçu Lamin Yamalı rekord pula Fransa PSJ-sinə satmaqdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Məlumata görə, klub Yamalı komandanın vacib hissəsi hesab edir və onun satışına icazə vermir.
PSJ-nin təklifi 250 milyon avro təşkil edib ki, bu da bu transferi futbol tarixinin ən bahalı transferinə çevirə bilər.
Qeyd olunur ki, Yamalın kataloniyalılarla müqaviləsində göstərilən təzminat məbləği bir milyard avrodur.