Astarada Sosial sahibkarlıq mövzusu müzakirə edilib - FOTO

17:44 - 10 İyul 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Güvən" Xeyriyyə ictimai birliyinin icra etdiyi “Sosial sahibkarlığa dəstək” layihəsi çərçivəsində ilk olaraq Astara rayonunda tədbir həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Astara rayonun müxtəlif kənd və qəsəbələrindən 25 nəfərə yaxın gənc oğlan və qızlar, Rayon İcra Hakimiyyətinin əməkdaşı Fəhmin Qurbanov və QHT Agentliyinin məsul əməkdaşı Nilufər Əhmədova iştirak edib. 

Tədbirdə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Nigar Bayramlı layihənin donoru və mövzunun aktuallığı, təşkilatın fəaliyyət istiqamətləri barədə məlumatları diqqətə çatdırıb. O, layihənin sonunda təşkil ediləcək təcrübə turu barədə də iştirakçılara məlumat verib. 

Tədbir zamanı layihə eksperti, Biznes və Karyera palanlaması üzrə müstəqil təlimçi Rafət Şirəliyev seminarda iştirak edən gənclərlə sosial problemlər, onların təhlili, sosial problemlərin sosial sahibkarlığa çevrilmə mexanizmi, sosial sahibkarlığın digər biznes modellərindən fərqi və s mövzular müzakirə edilib, gənclərin təqdimatları dinlənilib. Yekunda iştirakçılar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər. Seminarın yekununda iştirakçılara təşkilat tərəfindən sertifikatlar təqdim olunub.

Mövzu üzrə növbəti tədbirlər Lənkəran, Lerik və Masallı rayonunda təşkil ediləcək. Layihədən ümumilikdə 100 nəfərdən çox qadınların və gənc oğlanların faydalanması planlaşdırılıb.

Layihənin məqsədi regionda yaşayan təşəbbüskar qadınlar və gənclər oğlanlar arasında sosial sahibkarlığı təşviq etməklə yaşadıqları icmalarda sosial sahibkarlığın inkişafına, eyni zamanda müxtəlif sosial problemlərin həllinə töhfə vermək.

 


Xəbər xətti