Şimali Atlantika Alyansı hazırda Rusiyadan üzv ölkələrə birbaşa hərbi təhlükə görmür.
Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın sammitinə gələrkən deyib.
"Rusiya qoşunları hazırda tamamilə Ukraynada cəmləşib. Rusiya hətta Finlandiyadakı qüvvələrinin bir hissəsini Ukraynaya çəkib" - baş katib deyib.