Yedək gəmisinin sıradan çıxması səbəbindən Bosfor boğazının girişində daşıma dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tribeca gəmiçilik agentliyinin məlumatında deyilir.
Məlumata görə, hadisə gəmi Boğazın şimal girişində yedəyə alınarkən baş verib. Yedəkçiyə kömək etmək üçün Türkiyənin iki sahil mühafizə gəmisi göndərilib.
Türkiyənin Nəqliyyat Nazirliyi İstanbulu Avropa və Asiya hissələrinə ayıran boğaz ərazisində insidentlə bağlı hələlik məlumat verməyib.