Cənubi Afrikada məktəbli avtobusu qəzaya uğradı - 12 şagird ölüb

15:26 - 10 İyul 2024 - DÜNYA

Cənubi Afrikanın şimalında məktəb avtobusunun qəzaya uğraması nəticəsində ən azı 12 ibtidai sinif şagirdi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, daha 7 məktəbli yaralanıb. Səhər saatlarında şagirdlərin olduğu avtobus Yohannesburqda məktəbə gedərkən avtomobilə çırpılıb. Avtobus aşıb və yanıb. Qəza qurbanlarının və xəsarət alanların yaşları açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.///tass

Xəbər xətti