"Futbolda hər şey sadədir: ya yaxşısan, ya da yox" - Mbappe

14:46 - 10 İyul 2024 - İDMAN

2022-ci il dünya çempionatının bombardiri Avro-2024-də keçirilən beş görüşdə bir dənə də olsun qol vurmayıb.

Ucnoqta.az xəbər verir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe yarımfinalda İspaniyaya uduzduqdan sonra turnirdə uğursuz olduğunu deyib. 

"Əlbəttə, bu mənim üçün fəlakətli turnirdir" - Mbappe qeyd edib.

O, uğursuz çıxışın səbəbləri barədə danışmaqdan imtina edib. “İşləri çətinləşdirməyə ehtiyac yoxdur. Futbolda hər şey sadədir: ya yaxşısan, ya da yox. Mən yaxşı deyildim, ona görə də evə gedirik” -əlavə edib.

"Mən yaxşı istirahət edib yeni həyata başlayacağam" - o, yayda PSJ-dən "Real Madrid"ə keçdiyini xatırladıb.

Xəbər xətti