Yaponiya Ukraynaya 4 minatəmizləmə maşını verəcək

07:52 - 10 İyul 2024 - DÜNYA

Yaponiya hakimiyyət orqanları ikitərəfli dəstək sazişləri çərçivəsində Ukraynaya minalardan təmizləmə üçün avadanlıqların daha bir partiyasını verəcək.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Yaponiya hökuməti Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə Ukraynanın Fövqəladə hallar üzrə Dövlət Xidmətinə dörd iri mina təmizləmə maşını təqdim edəcək.
Minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi təkcə sakinlərin təhlükəsizliyini təmin etmək üçün vacib deyil, həm də infrastrukturun bərpası istiqamətində görülən işlərin bir hissəsidir”, - idarənin bəyanatında deyilir.

Avadanlığın bu ilin sonuna qədər təhvil veriləcəyi gözlənilir.///tass

Xəbər xətti