Yəmənin üsyançı hərəkatı Ənsar Allah (husilər) üsyançıların İsrail və ABŞ ilə əlaqəli hesab etdikləri gəmilər də daxil olmaqla üç gəmiyə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya Husilərə məxsus “Əl Məsirə” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri və hərəkatın raket qüvvələri birgə əməliyyat zamanı Ərəb dənizində Amerikanın Maersk Sentosa gəmisinə hücum edib.
Bundan əlavə, Ərəbistan dənizində işğal olunmuş Fələstinin limanlarına giriş qadağasını pozan Marathopolis gəmisinə pilotsuz təyyarələrlə zərbələr endirilib. Onun sözlərinə görə, Ədən körfəzində İsrailə məxsus MSC Patnaree gəmisi də pilotsuz təyyarələrin hədəfinə düşüb.///tass