Yamal Avropa çempionatında ən gənc qol vuran futbolçu olub

00:00 - 10 İyul 2024 - İDMAN

 Futbol üzrə İspaniya milli komandasının hücumçusu Lamin Yamal Avropa çempionatında qol vuran ən gənc futbolçu olub.

Ucnoqta.az xəbər verir ki, forvard 16 yaş 362 gündə yarımfinal matçında Fransa yığmasına qol vurmağı bacarıb. O, 2004-cü ildən bu uğura sahib olan isveçrəli hücumçu Yohan Vonlantenin rekordunu geridə qoyub. Yohan qrup mərhələsinin son oyununda Fransa komandasına (1:3) qol vuran futbolçu 18 yaş 141 günlük idi.

Əvvəlki nailiyyət 1958-ci ildə 17 yaş 244 günlük dünya çempionatının 1/2 finalında çıxış edən üçqat dünya çempionu braziliyalı Peleyə məxsus idi.
Yamal həm də bu turnirlərdən birində yarımfinal oyununda qol vurmağı bacaran ən gənc futbolçu oldu.
Bu göstəricidə o, 1958-ci ildə 17 yaş 239 günlük olarkən rəqib qapısına zərbə endirən Peleni də ötüb.

Xəbər xətti