İyulun 9-da Slovakiyanın baş naziri Robert Fiko mayın ortalarında ona qarşı sui-qəsddən sonra ilk dəfə hökumətin iclasında iştirak edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Slovakiyanın TASR agentliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 8-də Fiko öz vəzifəsinə qayıtdı. O, Trnava şəhəri yaxınlığındakı Slovenska Nova Ves kəndində yerləşən “Aqro Voderady” kənd təsərrüfatı birliyində olub, burada məhsul yığımının gedişi ilə tanış olub.