Avropa İttifaqı Gürcüstanın üzvlük prosesini dayandırıb və bütün yardım paketini nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə “Avropa İttifaqının genişlənməsi – geosiyasi zərurət və Aİ-yə namizəd ölkələr üçün gələcək addımlar” konfransı çərçivəsində bildirib. “Bunu dediyim üçün üzr istəyirəm, lakin Aİ ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesini dayandırmağa razılaşıblar. Hazırkı Gürcüstan hökumətinin niyyətləri Avropa İttifaqı liderləri üçün aydın deyil”, - səfir qeyd edib.
O qeyd edib ki, bu qərar qəbul edilmiş “Xarici agentlər haqqında” qanunla da bağlıdır.