Aİ Gürcüstanın üzvlük prosesini dayandırıb

13:41 - 9 İyul 2024 - DÜNYA

Avropa İttifaqı Gürcüstanın üzvlük prosesini dayandırıb və bütün yardım paketini nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə “Avropa İttifaqının genişlənməsi – geosiyasi zərurət və Aİ-yə namizəd ölkələr üçün gələcək addımlar” konfransı çərçivəsində bildirib.  “Bunu dediyim üçün üzr istəyirəm, lakin Aİ ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesini dayandırmağa razılaşıblar. Hazırkı Gürcüstan hökumətinin niyyətləri Avropa İttifaqı liderləri üçün aydın deyil”, - səfir qeyd edib.

O qeyd edib ki, bu qərar qəbul edilmiş “Xarici agentlər haqqında” qanunla da bağlıdır.

Xəbər xətti