Mbappe zədəli olsa da, İspaniya ilə matçda meydana çıxacaq

13:11 - 9 İyul 2024 - İDMAN

Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniya yığması ilə futbol üzrə Avropa çempionatının yarımfinal oyununda iştirak edəcək.

Ucnoqta.az "Mirror" qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa millisinin baş məşqçisi Didye Deşam danışıb.

"Mbappe Portuqaliyaya qarşı ən yaxşı performansını göstərmədi, lakin o, növbəti matçda meydanda olacaq. Biz onu bu oyun üçün düzgün düşüncə tərzinə gətirmək üçün əlimizdən gələni etdik", - Deşam deyib.

Fransa millisinin çalışdırıcısı əlavə edib ki, Mbappe mümkün qədər tez qoruyucu maskada oynamağa uyğunlaşmalıdır. "Kylian üçün bu yeni bir vəziyyətdir, maska ​​onun meydançaya baxışına təsir edir. O, buna öyrəşməlidir, çünki yaxın bir neçə həftə və ya hətta aylar ərzində maskanı taxmalı olacaq" - Deşam qeyd edib.

Qeyd edək ki, yarımfinal matçı çərşənbə axşamı Münhendə keçiriləcək və saat 23:00-da başlayacaq.

Xəbər xətti