Yəmən sahillərində gəmiyə hücum olub
Ucnoqta.az xəbər verir ki, Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi Yəmən sahillərində naməlum şəxslərin gəmiyə hücumu barədə məlumat verib.
Bildirilir ki, səlahiyyətlilər hadisəni araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur.
UKMTO-nun hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları verilməyib. Hadisə ilə bağlı məlumat mərkəzə gəminin kapitanından daxil olub.