Tayvan 22-25 iyul tarixlərində illik “Wanan” hava hücumundan müdafiə təlimini keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
İyulun 22-də Tayvanın mərkəzində, 23-də adanın şimalında, 24-də şərqdə, 25-də cənub hissəsində raket təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu siqnallar səslənəcək.
Təlimlərə məhəl qoymayanları 4,6 min dollara qədər cərimə gözləyirlər, həmçinin 30 dəqiqə davam edəcək təlimlərin bitməsi barədə mobil telefonlarına bildiriş göndəriləcək.