NATO ölkələri 2025-ci ildə Haaqada keçiriləcək sammitdə müdafiə xərclərinin ÜDM-in 2,5%-nə qədər artırılmasını müzakirə etməyə başlayacaqlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Semafor portalı Estoniya Müdafiə Nazirliyinin vitse-kansleri Tuuli Dunetona istinadən məlumat yayıb.
"Biz Haaqa sammitində yeni öhdəliyə doğru addımların atılacağını görəcəyik. Biz 2,5% ilə 3% arasında hədəfə çatmaq istərdik" - o deyib. Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, eyni zamanda bu məsələ iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə də müzakirə olunmayacaq.
///tass