Rusiyanın son itkiləri açıqlandı - SİYAHI

08:35 - 9 İyul 2024 - DÜNYA

Ukrayna ordusu son sutkada 1220 rus hərbiçi, 7 tank, 19 zirehli döyüş maşını və 49 artilleriya sistemini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, 24.02.22-dən 07.09.24-dək düşmənin ümumi döyüş itkiləri təxminən: şəxsi heyət - təxminən 553,410 (+1,220) nəfər, tanklar ‒ 8178 (+7) ədəd, zirehli döyüş maşınları - 15,704 (+19) ədəd, artilleriya sistemləri – 15015 (+49) ədəd, RSZV - 1115 ədəd, hava hücumundan müdafiə avadanlığı - 880 ədəd, təyyarə - 361 ədəd, helikopterlər - 326 ədəd, Əməliyyat-taktiki səviyyəli PUA-lar - 11922 (+29) ədəd, qanadlı raketlər - 2389 (+36) ədəd, gəmilər/qayıqlar - 28 ədəd, sualtı qayıqlar - 1 ədəd, avtomobil avadanlığı və sisternlər - 20 212 (+62) ədəd, xüsusi avadanlıq ‒ 2516 (+13) ədəd təşkil edib.

Xəbər xətti