Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbçiləri təlim keçirir

08:23 - 9 İyul 2024 - DÜNYA

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbçilərinin iştirakı ilə “Birlestik-2024” hərbi təlimləri keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, təlimlərə ümumilikdə 4 minə yaxın hərbi qulluqçu, o cümlədən 700-dək silah, hərbi və xüsusi texnika, o cümlədən təyyarə və gəmilər cəlb olunacaq. Məlumata görə, hərbi təlimlər iyulun 17-dək keçiriləcək.

Beş ölkənin hərbçiləri Oymaşa poliqonunda və Tokmak burnu yaxınlığındakı dəniz bölgəsində “silahlı münaqişənin lokallaşdırılması” üçün birgə əməliyyat keçirəcəklər. Təlimlərdə iştirakçılar saxta terrorçular tərəfindən ələ keçirilən adanın azad edilməsi üzrə hərəkətləri məşq edəcək, dəniz təhlükəsizliyinin təmin edilməsi və infrastrukturun mühafizəsi üzrə əməliyyat keçirəcəklər.

Xəbər xətti