Argentina polisi iki Fransa milli reqbi oyunçusunu cinsi təcavüz iddialarına görə saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
İddia edilən təcavüz iyulun 7-nə keçən gecə Mendozanın mərkəzi-qərb bölgəsində, oyunçuların qaldığı oteldə baş verib. İttiham tərəfi şübhəlilərin dərhal həbs edilməsini istəyib.
Fransa millisi iyulun 6-dan 13-dək Cənubi Amerika turu keçirir.///tass