Vyetnam prezidenti seçildikdən sonra ilk səfərini bu ölkələrə edəcək

07:46 - 9 İyul 2024 - DÜNYA

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam iyulun 11-dən 13-dək Laos və Kambocaya dövlət səfərləri edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, səfərlər Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin baş katibi və Laos Prezidenti Thongloun Sisoulith və Kamboca Kralı Norodom Sihamoninin dəvəti ilə baş tutacaq.

Bu To Lamın 2024-cü ilin mayında Vyetnam prezidenti seçildikdən sonra ilk xarici səfərləridir.

Xəbər xətti