Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan və Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov “İnnoprom” beynəlxalq sənaye sərgisi çərçivəsində birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə erməni nazir öz Facebook səhifəsində yazıb.
“Görüş zamanı biz ixrac və idxalın yeni yollarının tapılması imkanlarını, ticarət dövriyyəsini, sənaye layihələrinin birgə həyata keçirilməsini və “Rusal Armenal” QSC-nin və “Alliance” azad iqtisadi zonasının fəaliyyəti ilə bağlı bir sıra məsələləri müzakirə etdik”, - Papoyan yazıb.