İngiltərənin Kiprdəki hərbi bazasında yanğın baş verib

17:18 - 8 İyul 2024 - DÜNYA

İngiltərənin Kiprin cənubunda yerləşən Akrotiri və Dhekeliya hərbi bazalarının vahid administrasiyasının nəzarəti altında olan ərazidə yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kipr Yanğın və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Andreas Kettis məlumat verib.

Məlumata görə, yanğın yabanı bitki örtüyü və ağaclarda baş verib. Britaniya bazaları iki yanğınsöndürən maşın göndərib. Onlara Limassol yanğınsöndürmə stansiyalarından iki ekipaj, həmçinin daha iki yanğınsöndürmə briqadası dəstək verir. Qeyd olunur ki, yanğının söndürülməsində müəyyən edilmiş yerüstü texnikadan əlavə beş yanğınsöndürən təyyarə iştirak edir.

Xəbər xətti