"Krasnodar"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges Macarıstanın "Ferensvaroş" klubuna keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Kadinin 28 yaşı var, o, 2023-cü ilin yanvarından “Krasnodar”da çıxış edib, klubda 44 oyun keçirib və 2 məhsuldar ötürmə ilə 7 qol vurub.
Yarımmüdafiəçi həmçinin Azərbaycanın “Qarabağ”, Portuqaliyanın “Eştoril Praia” və “Vilafransense”, Braziliyanın “Koritiba”, “Londrina” və “Foz do Equaço” klublarında da çıxış edib.