Kənd təsərrüfatı subyektləri üçün Astarada tədbir keçirilib - FOTO

16:00 - 8 İyul 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Aqroturizmin təşviqi” layihəsi çərçivəsində Astara rayonunun Kijəbə qəsəbəsində kənd təsərrüfatı subyektləri, turizm sahəsində çalışan şəxslər, eyni zamanda digər maraqlı şəxslər üçün seminar təşkil edilib və tədbirdə Kijəbə İƏD üzrə nümayəndəliyinin əməkdaşları da təmsil olunub. Tədbirdə ümumilikdə 22 nəfər iştirak edib. 

"Şəfəq" Ekoturizm İB-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. 

Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması mövzusunda məlumatları bölüşüb və müzakirələr aparılıb. 
Tədbirin sonunda iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd etdiblər. Yekunda tədbirdə sonadək iştirak edən iştirakçılara sertifikatlar təqdim edilib. 

Məlumat üçün bildiririk ki, növbəti silsilə seminarlar Lənkəran və Masallı rayonlarında həyata keçirilməsi və  layihənin yekununda KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə regionda 3 günlük infoturun təşkili də nəzərdə tutulub. 
Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və aqroturizm potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.
 


Xəbər xətti