Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559.000 ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.