İspaniyada öküzlərin qaçışı zamanı 6 nəfər yaralanıb

12:51 - 8 İyul 2024 - DÜNYA

 İspaniyanın Navarra əyalətinin Pamplona şəhərində keçirilən "San Fermin" festivalı çərçivəsində keçirilən öküzlərin ikinci qaçışında ən azı altı nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin regional bölməsininin X səhifəsində məlumat verilib.

Yarış ənənəvi olaraq yerli vaxtla düz 08:00-da başlayıb və təxminən üç dəqiqə davam edib.

Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival iyulun 6-da başlayıb və təxminən bir həftə davam edəcək. Onun diqqət çəkən məqamı öküzlərin gündəlik qaçışıdır. Bu müddət ərzində azad edilmiş heyvanlar tərəfindən təqib edilən yüzlərlə insan bir neçə dəqiqə dar bir küçə ilə qaçır.

Xəbər xətti