İsrail Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı təmaslar üçün Qahirəyə uçub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndəsinin Misir rəsmiləri ilə görüşü gözlənilir. Qeyd olunur ki, Qahirədə müzakirə olunan məsələlər arasında Qəzza-Misir sərhəddindəki Rəfah bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə nəzarət və qaçaqmalçılıqla mübarizə də olacaq.
Həmçinin, Bar rəsmilərlə işgüzar görüşlər keçirmək üçün iyulun 10-da Qətərə gedəcək.