Kriptovalyutalar ucuzlaşıb

10:42 - 8 İyul 2024 - İQTİSADİYYAT

Kriptovalyuta bazarları 8 iyul 2024-cü il həftəsinə enişlə daxil oldu.

Ucnoqta.az xəbər verir ki, kriptovalyutaların ümumi bazar həcmi 2,03 trilyon dollara qədər azalıb. 

Belə ki, bitkoin son 24 saatda 3,73 faiz dəyər itirərək 55 min 483 dollar səviyyəsinə düşüb. Ethereum isə eyni dövrdə 3,78 faiz azalaraq 2915 dollardan ticarət edir.

Digər kriptovalyutalarda da oxşar enişlər müşahidə olunub:

Solana (SOL) 5,28 faiz ucuzlaşaraq 132,73 dollara düşüb.
Ripple (XRP) 4,92 faiz dəyər itirərək 0,42 dollara düşüb.
Dogecoin (DOGE) 6,4 faiz azalaraq 0,103 dollara düşüb.

Xəbər xətti